Leysan şimal bölgəsində yaşayış evlərini dağıdıb


Quba, Qusar rayonlarında yağan leysan yağşlar fərdi yaşayış evlərnə dolub, bir ev uçub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyani sahələrinə və zirzəmilərinə su dolub.

Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs cıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hazırda nazirliyin qüvvələri hadisə yerində su çəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu