Hacıqabulda baş verən yol qəzasında 2 nəfər ağır yaralanıb


Hacıqabul rayonunda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 01.30 radələrində rayon mərkəzində qeydə alınıb. Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Hüseynov Natiq Bədəl oğlunun idarə etdiyi “Mercedes” markalı, 24 BD 777 dövlət nömrə nişanlı avtomobil, Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Cəfərov Ramil Gülhüseyn oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10 HC 316 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Sürücülərdən biri əməliyyat olunub.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu