Bakı-Sumqayıt qatarının sürəti artırılır


Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən AzVision.az - a verilən məlumata görə, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.

Dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys (8-i Bakı-sərnişin stansiyasından Sumqayıt-sərnişin stansiyasına, 8-i isə əks istiqamətdə) edib.

Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq. Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu