Bakıda biabırçılıq: "Prado" sürürsənsə, piyadanı əzməlisən?


Bakıda mərkəzində piyada keçidində insanlara qarşı mədəniyətsizlik edən sürücünün videosu yayılıb.

Videodan da görünür ki, İstiqlaliyyət küçəsində piyada keçidində bir qrup insan piyada zolağından ("zebra") yolu keçir.

Digər maşınlar dayanıb piyadalara yol versə də qara rəngli "Prado" markalı avtomobil insanların üstünə yeriyir və təhlükəli vəziyyət yaradaraq hərəkəti davam etdirir. Maraqlısı odur ki, 30 metr irəlidə yol polisləri bu mənzərəni görsələr də "Prado"nu saxlatmırlar.

Həmin videonu təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=KWvjkh6-vjU]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu