Berlində müsəlmanlar həbs olundu


Almaniya polisi 100 nəfərlik əməliyyat dəstəsi ilə Berlin şəhərində xüsusi əməliyyatlar keçirib. Ev və məscidlərə polis tərəfindən gözlənilməz baxış zamanı Suriyadan olan və islamçı radikal qruplarla əməkdaşlıq edən şəxslərin həbs olunduğu bildirilir.

AzVision.az bu haqda Almaniyanın “Der Westen” qəzetinə istinadən xəbər verir ki, əməliyyat qrupu çoxlu sayda şübhəli obyektlərdə, eləcə də məscidlərdə axtarış aparıb. Polis rəsmisi keçirilən əməliyyatı ilə bağlı açıqlamasında bildirib ki, istintaqın istiqaməti dövlətə qarşı baş verə biləcək terror planlarını önləməkdir.

Alman polisi tərəfindən həbs edilən şəxslər arasında 51 yaşlı Mərakeş vətəndaşı da var. Suriyada onun Bəşər Əsədə qarşı cihadçı islam qrupu tərkibində savaşdığı üzə çıxıb.

Terrorda şübhəli bilinən digər şəxs isə Suriyada savaşmış 19 yaşlı Makedoniya vətəndaşıdır.

Alman polisinin onları nəzarətə almasına baxmayaraq, şübhəlilərin Almaniyada hansısa terror planı reallaşdırmaq istəyilə bağlı konkret sübutlar hələ ki, əldə olunmayıb. Keçən həftə Berlin şəhərində polisin atəş açdığı şəxsin də “İŞİD” üzvü olduğuna dair qəti fikir söylənilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu