Ruslan Quliyev MQF Turizmin İnkişafı Mərkəzinin sədri oldu


Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin iclası keçirilib.

MQF-dən AFN.az-a verilən məlumata görə, qurumun prezidenti Rauf Zeyni gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verib. Daha sonra yeni təşkilatın – “Gəncliyin sosial-iqtisadi inkişafına yardım” İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olundu və yekdilliklə yeni təşkilat MQF-yə üzv qəbul olunub.

Sonra forumun prezidenti Rauf Zeyni MQF-də yeni yaradılmış təsisat haqqında İdarə Heyətinin üzvlərini məlumatlandırıb və yeni yaradılan qurumu - MQF Turizmin İnkişafı Mərkəzini İdarə Heyətinin üzvlərinə təqdim edib. Bildirilib ki, yeni yaradılan quruma Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İB-nin, Millennium Turizm Konqres DMC-nin prezidenti, Azərbaycan Turizim və Menecment Universitetinin müəllimi Ruslan Quliyev rəhbərlik edəcək.
R.Quliyev öz növbəsində çıxış edərək yeni yaradılmış qurumun fəaliyyət planı haqqında təqdimat edib. MQF İdarə Heyətinin üzvləri yeni yaradılan mərkəz haqqında öz müsbət fikirlərini bildiriblər.
İclasda həmçinin Türk Turizim və Səyahət Agentlikləri Birliyinin nümayəndələri Ali Kaya, E. Emre Afanyalı, Faiz Camgöz, Soner Kocaer, "Duzdağ" hotelinin direktoru Novruz Novruzov iştirak edib, o cümlədən, qonaqlar MQF və yeni yaranmış mərkəz haqqında dəyərli fikirlər söyləyərək qarşılıqlı faydalı əməkdaşlıq təklif ediblər.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu