Polis əməkdaşı zəncirvari qəzaya səbəb oldu


Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

"Kəpəz" TV ("Region" TV) xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib.

Şəhər sakini, 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən "Chevrolet Niva" markalı avtomobillə toqquşub.

Daha sonra "Chevrolet Niva" markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, "Chevrolet Niva" markalı avtomobilin sürücüsü Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Avtomobillərə xeyli ziyan dəyib iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu