Bakıda avtomobillər toqquşdu


Bu gün Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

AzVision.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov küçəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobil “Mercedes” markalı avtomobilə arxadan çırpılıb.

Zərbənin gücündən “Mercedes” qarşıda dayanan “Mitsubishi Pajero” markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Xüsusilədə “Mercedes” markalı avtomobil hər iki tərəfdən zərbə aldığı üçün yararsız hala düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu