5 gün əvvəl Kürdə batan məktəblinin cəsədi tapıldı


5 gün əvvəl - sentyabr ayının 23-də Kür çayında çimərkən batanSabirabad rayonunun Ulacalı kənd sakini,8-ci sinif şagirdi Telman Seyran oğlu Əhmədlinin cəsədi tapılıb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, məktəblinin cəsədi bu gün səhər saatlarında FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uşağın suda batmasının səbəbi kimi onun üzməyi bacarmaması göstərilir. Onunla birgə çayda çimən yoldaşları çox cəhd etsələr də Telmanı boğulmaqdan xilas edə bilməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu