Sarkisyan ABŞ-a gedir


Ermənistan prezidenti Serj Sarkisyan bu gün ABŞ-a səfər edəcək.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Sarkisyan BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edəcək.

Bundan əlavə Sarkisyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək, BMT sülh məramlılarının əməliyyatlarına həsr olunan sammitə qatılacaq.

Sarkisyanın ikitərəfli görüşlər keçirəcəyi, amerikalı investorlar, həmçinin ABŞ-da olan erməni icmasının nümayəndələri görüşəcəyi də gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu