İqtisad Universitetində 18 professor vəzifədən gedəcək


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan professorların təcrübəsindən tədris və təlim prossesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

Bu barədə "Report"a UNEC-dən məlumat verilib.

UNEC-də 15 ildən yuxarı professor ştatında qüsursüz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilərlər. Eyni zamanda, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilərlər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əmək haqqı fondunun hesabına ödənilir.

UNEC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, hazırda universitetdə 70 yaşı keçən professor heyətinin sayı 18 nəfərdir və onların hamısı indi ştatdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu