Milli Məclisin payız sessiyası başlayır


Milli Məclisin payız sessiyası başlayır. "Report"un xəbərinə görə, sabah - sentyabrın 30-da sessiyanın ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 39 məsələnin müzakirəsi daxil edilib.

İclasda müzakirə olunacaq məsələlər sırasına parlamentin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət, Torpaq, Mülki və İnzibati, Xətalar Məcəllələrinə, eləcə də "Diplomatik xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Torpaq bazarı", "Torpaq islahatı", "Yeyinti məhsulları haqqında", "Melorasiya və irriqasiya haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" və daha bir neçə qanuna dəyişikliklər edilməsi daxildir. Qeyd edək ki, bu, Milli Məclisin IV çağırış üçün sonuncu sessiyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu