Davudoğlu: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi vacibdir"


"Cənubi Qafqaz sülh, təhlükəsizlik və bölgəmizin rifahı baxımından əhəmiyyətli yer tutur. Lakin orada hələ də mövcud olan münaqişələr və qeyri-sabit vəziyyət bu regionu zəiflədir".

"Report" xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində çıxışı zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

O, təəssüflə qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələr hələ də həll olunmamış qalır.
A. Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyini bildirib: "Biz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi əzmlə davam etdirəcəyik. Bu eynilə Gürcüstana da aiddir. Biz bu ölkənin də ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu