Şəmkir sakini güllə yarası alıb

APA-nın qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Rövşən Əliyev qarın nahiyəsindən güllə yarası alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
R. Əliyev ova gedərkən yıxıldığını və silahın açıldığını, nəticədə qarnından yaralandığını söyləyib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma gedir.
Diqqətinizi çəkə biləcək digər xəbərlər