Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açılır


"Ural Hava Yolları" şirkəti Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır.

"Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu marşrut üzrə ilk uçuş oktyabrın 29-da baş tutacaq.

Uçuşlar həftənin cümə axşamı günləri həyata keçiriləcək. Sərnişinlərə rahat "Airbus" təyyarələri xidmət göstərəcək.

"Ural Hava Yolları" 2014-2015-ci illərdə sərnişindaşımalara görə Rusiyanın beş aparıcı aviaşirkəti sırasına daxil olub. Ötən il bu aviaşirkətin xidmətindən 5 milyon sərnişin yararlanıb. Şirkətin uçuş coğrafiyası 200-dən çox istiqaməti əhatə edir.

Qeyd edək ki, "Ural Hava Yolları" şirkətinin avia-parkı 35 rahat "Airbus" təyyarəsindən ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu