Kimlərin cəsədi məzarda çürümür?-İlahiyyatçı danışır


“Xeyir əməllər sırf Allah üçün edilən bütün əməllərdir”.

Bu barədə ilahiyyatçı Ceyhun Şükürov APA TV-nin "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, əməlin xeyirli olmasında əsas şərt niyyətdir: “Peyğəmbərimizdən rəvayət olunan hədisə əsasən əməllər niyyətlərə görədir. Yəni etdiyimiz əməlin dəyəri hansı niyyətdə olmağımızdan asılıdır. Əməl niyyətlə ölçülür”.

C.Şükürov əlavə etdi ki, niyyət əməli xeyirə, ibadətə çevirir: “Bəzi insanlar ibadət deyəndə yalnız orucu, namazı, zəkatı başa düşür. Amma islam alimlərinin qeydinə görə, ibadət Allah üçün edilən bütün fel və sözlərin məcmusudur. İbadətin qəbul olunması üçün tələb olunan əsas şərt niyyətdir. Niyyət Allaha görədirsə, artıq xeyir əməl sayılacaqdır. Əməlin mahiyyətindən, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, önəmli olan niyyətidr. Çünki Allah “Qurani-Kərim”də buyurur ki, istər kişi, istərsə də qadın olsun, kim Allaha iman gətirir və saleh əməl görərsə, biz onun üçün xoş bir güzaran və həyat bəxş edəcəyik”.

İlahiyyatçı qeyd etdi ki, niyyətin dərəcəsindən asılı olaraq, insanın qazandığı savab dəyişir: “ Biri insanlara mane olmaması üçün yoldan daşı götürür, digəri isə böyük məbləğdə pul sədəqə verir. Hər ikisi də xeyir əməldir. Bəs hansının savabı daha çoxdur? Hansının niyyəti daha üstündürsə, onun. Əgər daşı götürən sırf Allah rizası üçün bunu edibsə, başqa niyyətlə sədəqə verəndən daha çox savab qazanır. Bir sözlə, xeyir əməllərin savabı niyyətə görə ölçülür. Allah müsəlmanlara xeyir işlərdə yarışmağı buyurur”.

C.Şükürov xeyir əməllə bağlı peyğəmbərdən rəvayət olunan başqa bir hədisi də qeyd etdi: “ Hədisə görə, kim xeyir işə istiqamət verərsə, o xeyir işi görmüş kimi savab qazanır. Xeyir işlər çoxdur. Onlardan biri də sədəqədir. Hətta dünyadan köçən yaxınlarımız üçün də sədəqə verə bilərik”.

İlahiyyatçı “Qurani-Kərim”in “Bəqərə” surəsinin 216-cı ayəsini də izah etdi: “ Ayədə belə buyrulur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz”. Allahın bildirdiyi xeyir və şər var. Birdə insanların müəyyən etdiyi xeyir və şər. İnsanlar xeyir və şərdə yanıla bilərlər. Bəzən başımıza bir hadisə gəlir. Biz bunun şər olduğunu qəbul edirik. Halbuki, bilmədiyimiz xeyir var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu