Göygöldə qəza: 2 ölü, 3 yaralı


Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

“VAZ” markalı avtomobilin yolun kənarında dəmir məhəccərə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu