Nobel alan türk alim: “Mən nə ərəbcə, nə də kürdcə danışıram”


Dünən kimya üzrə Nobel mükafatına layiq görülən türk əsilli ABŞ professoru Əziz Sancar ona milli kimliyi ilə bağlı verilən suallardan narahat olduğunu bildirib:
“İlk olaraq BBC-dən telefon edildi və məndən “ərəbsiniz, ya türksünüz” deyə soruşdular”.


Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nobel mükafatlı alim BBC jurnalistinə nə ərəb, nə də kürd olduğunu deyərək, hiddətlənib: “Mən nə ərəbcə, nə də kürdcə danışıram. Mən yalnız türkəm. Bu qədər...”.

Qeyd edək ki, Əziz Sancarın ailəsi onu kürdlərin HDP partiyasına, ümumiyyətlə kürd əsilli olmasına dair yazılardan narahat olduğunu bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu