Meşədə itkin düşən Quba sakini tapılıb


Ötən gün Quba rayonunda meşədə itkin düşən şəxs bu gün səhər saatlarında tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu, Püstəqasım kənd sakini Fikrət Məmmədov meşəyə odun gətirməyə gedib və qayıtmaq istəyərkən yolu azıb. Hadisə barədə hüquq mühafizə orqanlarını və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Axtarışlar nəticəsində o, bu gün tapılaraq, ailəsinə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu