Milli Məclis 2016-cı ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi başlayıb.

“Report” xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri daxil edilib.

Deputatlar "Dövlət rüsumu haqqında" qanununda dəyişikliklər edilməsi barədə layihəni, "Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında" qanun layihələrini də müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu