Yerusəlimdə avtobusa hücum zamanı 18 nəfər yaralanıb


Avtobus dayanacağına edilən hücum daxil olmaqla, Yerusəlim və İsrailin şimalında baş verən atışma və bıçaqlanma hadisələri nəticəsində çoxlu sayda İsrail vətəndaşı xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail rəsmiləri məlumat yayıb.

Bildirilir ki, Yerusəlimdə avtobusa edilən hücum zamanı 18 nəfər ağır xəsarət alıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır.

Hücumlarda şübhəli bilinən 17 fələstinli polis tərəfindən saxlanılıb. Avtobus dayanacağında 3 nəfəri bıçaqlayan şəxs isə polis tərəfindən odlu silahla öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu