DİN Günel Mövludun qardaşlarının saxlanılması barədə xəbərlərə münasibət bildirib


Daxili İşlər Nazirliyi (DİN) jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə yayılan məlumatları təsdiqləyib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"a açıqlamasında deyib ki, dünən - oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərlərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu