Bu il telekanallar barəsində 16 halda inzibati tənbeh tədbiri tətbiq edilib


2015-ci ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına görə telekanallar barəsində 16 halda inzibati tənbeh tədbiri tətbiq edilib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, bunlardan 3-ü xəbərdarlıq, 13-ü isə cərimə sanksiyası olub.

T. Məmmədovun sözlərinə görə, bu il “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqlarına görə “Lider TV və Radio Azərbaycan” MMC, “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib.

Aparat rəhbəri qeyd edib ki, inzibati icraat üzrə isə 3 qərar qəbul olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu