Şabranda avtomobilin vurduğu 36 yaşlı qadın xəstəxanada ölüb


Bu gün gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlikqızı naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.


Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu