Gəncədə 35 yaşlı kişini avtomobil vurub


Gəncədə 35 yaşlı kişini avtomobil vurub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, oktyabrın 15-də Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şəhər sakini 35 yaşlı Arzu Süleymanov yolu keçmək istəyərkən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Sürücü dərhal yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirib.

İlkin müayinələrdən sonra xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Xəstəyə ilkin baxış keçirildi və lazımı yardım göstərildi. Əməliyyata hazır vəziyətdədir. Şöbəyə yerləşdirilib. Vəziyyəti kafidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu