Əmək Müfəttişliyinin üç işçisinə töhmət verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına və işçi hüquqlarının təminatına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində cari ilin 9 ayında görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Virtualaz.org nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, iclasda Xidmətin rəisi Fuad Əlizadə çıxış edib. F.Əlizadə ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayının 92 faiz azalaraq 2-yə enməsinə, habelə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayının 35 faiz azalmasına səbəb olduğunu bildirib.

İclasda hesabat dövründə görülən işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Müsbət göstəricilərlə yanaşı, dövlət nəzarəti tədbirlərinin təşkili və həyata keçirilməsində yol verilmiş nöqsanlardan da bəhs olunub. Tədbirdə vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə və həmin Müfəttişliyin iki baş əmək müfəttişlərinə töhmətin verilməsi barədə qərarlar qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu