Bakı yollarında orta hərəkət sürəti artdı


Bakı şəhərinin əsas küçə və prospektlərində sentyabr ayında nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında bildirilir.

Məlumatda deyilir ki, Bakı şəhərinin əsas küçə və prospektlərində sentyabr ayında keçən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürəti NİİM tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması, irəli sürülən təkliflər və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi nəticəsində artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu