Suriya münaqişəsinə görə Azərbaycanın rolu artır - Rusiyalı ekspertdən AÇIQLAMA


“Azərbaycanın regionda rolu artır. Açıq-aşkar görünür ki, Azərbaycanla Rusiyanın əlaqələri güclənir. Bu isə Ermənistanı əsəbiləşdirir”.

Modern.az saytının məlumatına görə bunu “Vestnik Kavkaza” portalına müsahibəsində “Valday” Beynəlxalq Diskussiya Klubunun elmi direktoru, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov bildirib.

Onun sözlərinə görə Moskva daim Bakı ilə əlaqələrin başqa formalarının inkişafını vurğulayır.

Ekspert Azərbaycanın regionda rolunun Suriya münaqişəsinə görə artdığına da eyham vurub:

“Bu gün Yaxın Şərqdə baş verənləri hamımız müşahidə edirik. Artıq bu faktdır ki, Rusiya Xəzər dənizindən qanadlı raketlərlə Suriyadakı hədəfləri bombaladı. (İŞİD hədəfləri-red). Yəni Cənubi Qafqaz böyük siyasətin orbitinə geri qayıdır”.

Politoloq deyib ki, Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsində Azərbaycanla Ermənsitan arasında dialoqu dəstəkləmək əhəmiyyətlidir.

“Lakin mən hələ ki, Dağlıq Qarabağ konfliktinin nizama salınması yollarını görmürəm. Hərbi yolla münaqişə həll edilmir. Mən təəssüflə müşahidə edirəm ki, problemin həlli üçün heç bir ilkin siyasi şərt yoxdur. Ona görə də dialoqun olması çox əhəmiyyətlidir”,-deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu