AFFA azarkeşlərdən 15 min manat qazandı


AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – İtaliya matçına satılmış biletlərdən əldə olunan məbləğ açıqlanıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş matçda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alınıb.

İlk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

Həmin matça isə 150 min 729 AZN məbləğində bilet satılıb.

Qeyd edək ki, Azərbaycan – İtaliya görüşü millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu