Seçkidən sonra iqtidar-müxalifət görüşü yenidən baş tuta bilər


Müxalifət partiyaları ilə hakimiyyət arasında sonuncu dioloq bu ilin may ayının 15-də baş tutub. AXCP və Müsavat istisna olmaqla, bir neçə müxalifət partiyası hakimiyyətlə dioloqa qatılmaqdan imtina etməyib. Maraqlıdır, növbəti iqtidar-müxalifət görüşü baş tuta bilərmi? Belə bir dioloq nə zaman gerçəkləşə bilər?

Modern.az müxalifət partiyalarından məsələyə münasibət öyrənib.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn hakimiyyətlə müxalifət partiyaları arasında görüşün baş tutmasını istisna etmir.

“İndi seçki dövrüdür. Seçki öncəsi hakimiyyətlə belə bir dialoqun, görüşün olması seçki qabağı təşviqata müdaxilə kimi dəyərləndirilə bilər.

Mənə elə gəlir ki, hakimiyyətlə görüşün baş tutması məsələsi seçkilərdən sonra gündəmə gələ bilər. Hazırda seçkiyə görə yaranan vəziyyət elə də əlverişli sayıla bilməz. Amma seçkidə iştirakımıza qeyd etdiyiniz prosesin tərkib hissəsi kimi baxırıq.

“Azadlıq-2015” siyasi blokunun seçki palformasının əsas müddəalarından biri hakimiyyətlə bütün məsələlər barədə dioloqun aparılması və problemlərin danışıqlar yolu ilə həll edilməsidir. Bizim mövqeyimiz bundan ibarətdir”.

Azərbaycan Demokratik Partiyasının (ADP) Sərdar Cəlaloğlunun fikrincə, hakimiyyətlə dialoqun baş tutması hansısa müxalifətçinin istəyi ilə olmur:


“Dialoq barədə üstünlüyü könüllü olaraq hakimiyyətin ixtiyarına vermişik. Ona görə də bu sualın cavabını yalnız onlar verə bilər. Çünki müxalifət partiyaları ilə hakimiyyət arasında dioloqun, hər hansı görüşün baş tutmasını hakimiyyət müəyyənləşdirə bilər.

Bizim arzumuzla dioloq olmur. Hökumətin təklifilə belə görüşlər təşkil olunub. Bu baxımdan dioloqun nə vaxt ola biləcəyini deyə bilmərəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu