Rusiya Dövlət Duması Azərbaycanla bağlı sazişi təsdiqlədi


Rusiya Dövlət Duması Azərbaycanla investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında sazişi təsdiq edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sözügedən sənəd 2014-cü il sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin də imzalanma mərasimində iştirak etmişdi.

Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu