Suriyada iranlı general öldürüldü


Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə İranın "Fars” agentliyi məlumat yayıb.

Məlumata əsasən, general Həma vilayətində gedən döyüşlər zamanı həlak olub.

İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramezan Şərif faktı təsdiqləyib. Onun sözlərinə görə, ölənlər arasında İranın sabiq prezidenti Mahmud Əhmədinejadın (2005-2013) mühafizəçisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri Abdulla Baker Niyarakin da var.

Qeyd olunur ki, son iki gün ərzində Suriyada ölən İran hərbçilərinin sayı 8-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu