Müəllimlərin maaşı - 1000 manatdan çox alan da var


Təhsil Nazirliyi Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı statitik göstəriciləri açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.

Belə ki, həmin müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Nəticədə aparılan islahat sayəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

Bundan başqa, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulur. 2016-cı ilin yanvarından isə həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır. Bununla da 1 il ərzində ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu