Millimizin oyunu Olimpiya stadionunda


Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu