AŞPA məruzəçiləri seçkiləri müşahidə edəcək


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.

AzVision.az AŞPA-nın saytına istinadən xəbər verir ki, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Aqustin Konde, həmçinin Hüquqi məsələlər və İnsan haqları komitəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatın məruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcəklər.

Bu şəxslər 30 nəfərlik AŞPA seçki müşahidə missiyasının tərkibinə daxildirlər.

AŞPA missiyasının Azərbaycana səfəri oktyabrın 30-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu