Şəmkirdə 26 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib


Şəmkir rayon sakini bıçaqla özünə xəsarət yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Rəqsanə Nağıyeva bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, R. Nağıyeva ruhi əsəb xəstəliyindən əziyyət çəkir və bu səbəbdən də özü özünü bıçaqlayıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu