Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı


Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbayel Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu