“İdman Azərbaycan”ın tanınmış şərhçisi işdən çıxdı


"İdman Azərbaycan" telekanalının tanınmış şərhçisi Elnur Məmmədli işindən ayrılıb.

Ölkə.az xəbər verir ki, şərhçi gedişini yeni iş yerində fəaliyyətini davam etdirməsi ilə əlaqələndirib:

“Xeyli düşündükdən, götür-qoydan sonra bu qərarı verməli oldum. 2007-ci ildə gəldiyim AZTV və "İdman Azərbaycan" kanalından ayrıldım. Rəhbərliyə və məni o vaxt bura dəvət edən insana təşəkkür edirəm. İlk dəfə idman yarışlarından şərhi məhz bu televiziyada etdim. Hər şeyin bir başlanğıcı olduğu kimi sonu da olur.

Ümid edirəm ki, bu qərarımı hər kəs anlayışla qarşılayacaq. Hər gün birgə nahar etdiyimiz, çay içdiyimiz uşaqlara, çiyin-çiyinə işlədiyimiz hər kəsə sağ ol demək istəyirəm. Bundan sonra fəaliyyətimi "CBC Sport" kanalında davam etdirəcəm. İlk oyun isə bir neçə saat sonra başlayacaq "Qarabağ" - "Rəvan" matçı olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu