Hava şəraiti ilə əlaqədar İstanbul-Gəncə aviareysi təxirə salınıb


Türkiyədə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar fevralın 17-18-də 88 ölkədaxili və beynəlxalq aviareys təxirə salınıb.

“APA-Economics”in məlumatına görə, Türkiyə mətbuatında təxirə salınan aviareyslər içərisində Bakıya olan uçuşlar da qeyd olunub.

“AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli isə “APA-Economics”ə verdiyi açıqlamada bildirib ki, Türkiyədən Bakı istiqamətində olan aviareyslərin uçuş qrafikində heç bir dəyişiklik yoxdur və uçuşlar qrafikə uyğun yerinə yetirilir.

Qurum rəsmisi yalnız İstanbuldan Gəncəyə həyata keçiriləcək aviareysin hava şəraiti ilə əlaqədar təxirə salındığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu