Gürcüstanın baş naziri İlham Əliyevi təbrik etdi


Gürcüstanın baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Baş nazir bildirib ki, Azərbaycanın inkişafı xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir.

“Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir”, - deyə Baş nazir vurğulayıb.(AZƏRTAC)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu