3600 binaya istilik veriləcək


Bu mövsüm 3600 binaya istilik veriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Movqe.az-a açıqlamasında "Azəristiliktəhcizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. R. Əliyev deyib ki, hazırda "Azəristiliktəhcizat” ASC-nin mərkəzləşmiş istilik sisteminə qoşulan binaların sayı 3600-ə çatacaq. R. Əliyevin sözlərinə görə, bu binalardan 3140-ı Bakıda, 460-ı regionlardadır. Paytaxda istilik üzünə həsrət qalacaq yaşayış binalarının aqibətinə gəlincə, R. Əliyev bildirib ki, istilik almayan binalar tədricən dövlət proqramları çərçivəsində istilik sisteminə qoşulur:

"Bakıda elə binalar var ki, həmin binaların məhlədaxili və aşağı paylayıcı istilik xətləri yenidən çəkilməlidir. Elə binalar var ki, daxili istilik xətləri yenidən çəkilməlidir. Sakinlərdən müraciət olduqca biz həmin binalarda problemi araşdırırıq. Bu mövsüm 125 binanın məhəllədaxili və aşağı istilik paylayıcı xətləri yenidən bərpa edilib. Layihə üzrə 540 qazanxana, 93 istilik məntəqəsi hesabına respublika üzrə 3600 bina istiliklə təmin olunmaqla yanaşı, "Azəristiliktəhcizat” ASC-nin istilik sisteminə qoşulmuş digər sosial obyektlər də istiliklə təmin ediləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu