Kirayədə yaşayan nazirlik işçisi faciəvi şəkildə öldü

Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini, 1988-ci il təvəllüdlü Abdulhəkimov Məcid Kamal oğlu Şəhriyar küçəsi ev 5, mənzil 30 ünvanında dəm qazından boğulub. 27 yaşlı oğlan hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə vəfat edib. M.Abdulhəkimov həmin ünvanda kirayə yaşayırmış.
"Report" isə xəbər verir ki, Məcid Abdulhəkimov İqtisadiyyat və Sənaye Nazirliyinin - Sahibkarlığa Kömək Milli Fondunun Kadr və kargüzarlıq sektorunun əməkdaşı imiş.
Diqqətinizi çəkə biləcək digər xəbərlər