Azərbaycanlı müğənni türkiyəli nişanlısını gizli saxlaya bilmədi - FOTO


Tanınmış müğənni Aytac Vidadiqızının (Viddai Bərdəlinin qızı) nişanlandığı haqda xəbər yayılandan sonra onun özü mətbuata açıqlama verərək deyib ki, bu hadisəni gizli saxlamağa çalışır, səbəb şəxsi həyatından danışmağı sevməməsidir.

Hələ yay aylarında Aytac Vidadiqızı guya, Dubay şeyxlərindən birininin sarayında konsert verməsiylə bağlı təklib aldığını demiş və hətta bu münasibətlə fotosessiya da etdirmişdi.
Amma A.Vidadiqızı indi Dubay şahzadəsinin sarayında konsert verməyə deyil, Türkiyə vətəndaşı Canberk Taşkıntunayla ailə qurmağa hazırlaşır. Müğənnin in dediyiniə görə, ailə həyatı qurandan sonra Türkiyədə yaşayacaq və sənətinə oradan davam edəcək.

Nişanlısı Canberk Taşkintunaya gəlincə, Modern.az-a məlum olub ki, o, Tükiyənin Silivri rayonundandır. Beş il əvvəl Bakıya oxumaq üçün gəlib, universitetlərdən birinə daxil olsa da, vaxtlı-vaxtında dərsə getmədiyindən problemlər yaşayıb. Onun xalasının yeznəsi Zəki (Zəkəriyyə) tanınmış müğənni Sərdar Ortacın meneceridir.
25 yaşlı Canberk və Aytacın nişan mərasimi 10 gün əvvəl “Silivri Park Hotel”də iki ailə arasında baş tutub. Deyilənə görə, əvvəl Taşkintuna ailəsi bu evliliyə qarşı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu