Usubov iki rayonun polis rəisini işdən çıxardı və yeni vəzifə verdi


Azərbaycanda iki rayonun polis rəislərinin yeri dəyişdirilib.

Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Namiq Həsənov bu vəzifədən azad edilərək Suraxanı Rayon Polis İdarəsinə (RPİ) rəis təyin olunub. N.Həsənov Salyan PRŞ-nin rəisi postundan əvvəl Ağstafa RPŞ-nin rəisi olub.

Nazirin digər əmri ilə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Təhmasib İbrahimov isə Salyan RPİ-yə rəis göndərilib.

Xatırladaq ki, Salyan RPŞ-yə rəis təyin olunan Təhmasib İbrahimov bundan əvvəl Ağcabədi RPŞ-nin rəisi, Masallı və Salyan RPŞ-lərin isə rəis müavini vəzifələrində çalışıb. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu