Bu gün hava qarışıq olacaq


Bu gün Bakıda və Abşeron yarımadasında noyabrın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər zəif duman olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu