“Facebook” istifadəçilərinin sayı 1 milyard 550 milyona çatıb


“Facebook” sosial şəbəkəsi 2015-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Novator.az xəbər verir ki, “Facebook”un illik gəliri 41% artaraq 4 milyard 500 milyon dollar təşkil edib. Sosial şəbəkənin xalis mənfəəti 806 milyon dollardan 896 milyon dollara qalxıb.

“Facebook”un gəlirləri ilə birlikdə xərcləri də 68% artaraq 3 milyard 4 milyon təşkil edib. Şirkət inkişaf etmiş ölkələrdə süni intellekt layihələrinə və internetə aktiv şəkildə sərmayələr qoyur.

Üçüncü rübün sonuna olan məlumata görə, “Facebook” istifadəçilərinin sayı 1 milyard 550 milyondur. Bu, 1 il əvvələ nisbətdə 14% çoxdur. “Facebook”un mobil istifadəçilərinin sayı da 23% artıb. Sosial şəbəkənin gündəlik auditoriyası isə 1 milyard 10 milyonu keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu