Dəhşətli avtobus qəzası: 1 ölü, 41 yaralı


Türkiyədə İqdırdan İstanbula gedən sərnişin avtobusu qəzaya düşüb.

Osmancık-Tosya yolunda, Ardıç kəndi yaxınlığında avtobus idarəetməni itirirərək dərəyə aşıb.

Sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Qəza yerinə Osmancık, Kargı və Dodurga mahallarından çoxlu təcili yardım sövq edilib.

Avtobusda sıxışan bəzi sərnişinlər xilasetmə qruplarının müdaxiləsi ilə xilas olub.

Təcili yardımlarla Osmancık Dövlət Xəstəxanasına aparılan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.

Qafqazinfo.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu