Bakıda İran səfirliyi qarşısında etiraz aksiya keçirildi


Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

"Report" xəbər verir ki, aksiyanı Milliyyətçi Gənclər Təşkilatı təşkil edib.

Mitinq iştirakçıları İranda yaşayan Azərbaycan türklərinin təhqir olunmasına etiraz ediblər.

Aksiyanın qətnaməsi İran səfirliyinə təqdim olunub.

Polisin müdaxiləsindən sonra etirazçılar səfirlik önündən kənarlaşdırılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu