Yevda Abramov AST Telmanın müflis olmasından DANIŞDI


Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılov müflis olub. Milyarderin mülklərinin çoxunu itirdiyi bildirilir.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında Telman İsmayılovla münasibətləri barədə danışıb.
“Telman İsmayılovla əlaqələrim olduğunu deyə bilmərəm. Onunla axırıncı dəfə 9 il bundan qabaq dünya azərbaycanlılarının qurultayında görüşmüşəm. Cənab prezident də orda idi. O vaxtdan bəri onu görməmişəm”.

Telman İsmayılovun müflis olması xəbərinə gəlincə, Yevda Abramov bunun iqtisadi böhranla bağlılığını istisna etməyib:

“Telman İsmayılovun müflis olmasına dünyada gedən iqtisadi böhran səbəb ola bilər. Çoxlu borcu ola bilər. Onunla yaxın təmasın yoxdur ki, dəqiq nəsə deyim.

Telman İsmayılovun biznes coğrafiyasına bələd deyiləm. Onunla şəxsi dostluğum, bir yerdə görüşlərim heç vaxt olmayıb.

Dünyada iqtisadi böhran cərəyan edir. Bu böhrandan hamı itkisiz çıxa bilmir. Təkcə Telman İsmayılov deyil ki!.. O qədər müflisləşən biznes adamları, oliqarxlar var. Sadəcə, Telman bizim yerlimizdir. Vaxtilə Azərbaycan vətəndaşı olub. Ona görə də Telman İsmayılovun müflis olması xəbəri bizi yandırır”.

Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” oteli “Xalq Bankı” tərəfindən dəyərindən çox aşağı qiymətə alınıb.

Milyarderin atasının adını daşıyan otelin inşası 1,4 milyard dollara başa gəlmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu