Ukrayna rus işığından imtina etdi


Ukrayna Rusiyadan elektrik enerjisi almaqdan tamam imtina edib. Novator.az xəbər verir ki, Ukraynanın “Ukrenerqo” Dövlət Şirkəti ölkənin elektrik enerjisinə olan tələbatını öz gücü hesabına ödəyəcəyini bəyan edib.

Ukrayna hakimiyyəti bu qərarı 750 kilovat gücündə Rovno-Kiyev elektrik ötürücüsü xəttinin tikintisini başa çatdırandan sonra qəbul edib. Yeni xətdəki enerji bloklarından biri Roven Atom Elektrik Stansiyasını Kiyevlə birləşdirəcək. Roven Atom Elektrik Stansiyası Kiyev, Çerkask, Jitomir və Çerniqov vilayətlərini elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu